Sərt karantin dövründə krediti olanlara banklar güzəşt edəcək? – Rəsmi açıqlama 

İQTİSADİYYAT
18:16 / 19.06.2020
1280

21-iyundan 5-iyul tarixinədək (5 iyul səhər saat 6-dək) Bakı, Sumqayıt, Gəncə, Yevlax, Lənkəran, Abşeron, Masallı şəhərlərində sərt karantin rejimi tətbiq ediləcək.

HİT.Az xəbər verir ki, bununla bağlı tam rəsmi qərarın bu gün verilməsi gözlənilir.

Kredit borcları olanları isə kredit ödənişləri narahat edir. Bu müddət ərzində işləməyənlər əməkhaqqı almayacaqlarını və kredit ödənişlərində çətinliklərlə qarşılaşacaqlarını deyirlər.

Qazet.az-ın suallarını cavablandıran Azərbaycan Banklar Assosasiasiyasının (ABA) sözçüsü Təhminə Quliyeva məsələ ilə bağlı hələ ki, qərar verilmədiyini bildirib.

“Sərt karantin tətbiq ediləcəyi təqdirdə bankların müştərilərinə güzəştlər hələ ki, gündəmdə deyil. Güzəştlər olacağı təqdirdə ətraflı məlumat veriləcək”, – deyə Təhminə Quliyeva əlavə edib.

0
Qazet.az