Yol qəzaları niyə artır? - Ekspert səbəbləri açıqlayır

14:28 / 17.11.2023
532

Son dövrlərdə Azərbaycanda yol qəzalarının sayı günbəgün artır. Hər gün baş verən qəzalarda onlarla insan həyatını itirir.

Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında 1204 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1661 nəfər olub. Onlardan 627-si həlak olub, 1034-ü isə yaralanıb.

Maraqlıdır, qəzaların sayının artmasına hansı amillər təsir edir? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Hit.az-a açıqlamasında yol qəzalarının artmasını bir neçə səbəblə əlaqələndirib:

338016

"Bu hadisələrin baş verməsinə əsas səbəb kimi hərəkətin təşkilindəki problemlərdən tutmuş, küçənin işıqlandırılmaması, sürücünün ehtiyyatsızlığı, diqqətsizliyi və digər məsələləri göstərmək olar. 

"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda yol-nəqliyyat hadisələrinin səbəbləri də, həlli yolları da göstərilib. Dünya ölkələri bu məsələnin həlli yollarını tapıb və əhəmiyyətli, ciddi dəyişikliklərə nail olublar. Biz də o yolla getməliyik, real fəaliyyət olmalıdır. Bizdə isə real fəaliyyət yoxdur, hər şey kağızın üzərində qalıb".
 
Sevinc

0