Zəlzələ zamanı nə edilməli, necə qorunmalı?

17:42 / 07.12.2023
445

Bu gün səhər saatlarında paytaxt Bakı ərazisində baş verən zəlzələ insanlar arasında təşvişə səbəb olub.

Bu hadisə onu göstərdi  zəlzələ gözardı edilməməlidir.

Ona görə də, bu təbii hadisə zamanı fəlakət yaşamamaq üçün bir sıra önləmlər almalıyıq.

Hit.az zəlzələdən əvvəl və sonra etməli olduğumuz davranış qaydalarını təqdim edir.

-Əvvəlcə sakit olmaq lazımdır. Çünki çaxnaşma səhv hərəkətlər etməyə səbəb ola, riski artıra bilər.

-Aşma ehtimalı olan və yaralanmanıza səbəb ola biləcək şkaf, rəf kimi mebellərdən uzaq durmalısınız.

-Pəncərə, balkon, pilləkənlərdən də uzaq durmalısınız. Onlar çökə, sağlamlığınızı riskə ata bilər.
 
Qapıların da güvənli yerlər olmadığı məlumdur.

Məlumdur ki, zəlzələnin nə zaman və nə qədər güclü olacağını əvvəlcədən bilmək mümkün deyil. Ona görə də, zəlzələdən qorunmaq üçün tədbirlər görülməlidir. 

Bu tədbirlər can və mal itkisini minimuma endirə bilər.

-Tikinti qaydası və texnikasına uyğun tikilmiş, zəlzələyə davamlı binalara üstünlük verilməlidir.

-Evlərin zəlzələyə davamlılığını öyrənmək üçün ekspertlər tərəfindən testlər edilməli, lazım gələrsə, binanın dözümlülüyü artırılmalıdır.

Mebellər zəlzələ zamanı təhlükə yarada bilər. Ona görə də, kitab rəfləri, mebellər, divan və kreslolar sabitlənməlidir. Eyni zamanda, şkafların içərisindəki əşyalar da risk təşkil edir. Bunun üçün şkaflarda əlavə kiliddən istifadə edərək önləm ala bilərsiniz.

Mebellərin yerləşdirilməsi də önəmlidir. Zəlzələ zamanı çıxışda sizi yavaşladacaq, yaxud əngəl olacaq, mebellərin yeri dəyişdirilməlidir.

Əsas məsələlərdən biri isə bütün ailə üzvləri üçün zəlzələ çantası hazırlamaqdır.
-Güclü zəlzələ zamanı evdən çıxmağa çalışmaq da yaralanmaların əsas səbəbidir. 

Ona görə də, evin içərisində daha güvənli yerə keçməlisiniz.

-Stullarla çərçivələnmiş masa altına, ağır kreslo kimi əşyaların yanına keçib dizlərinizi sinənizə çəkin. Bu zaman bir əlinizlə sabit əşyadan tutmalı, digər əlinizlə başınızı qorumalısınız. Sarsıntı keçənə qədər olduğunuz yerdə qalmalısınız.

-Evdə deyilsinizsə, güvənli bir yerə keçməlisiniz. Ətrafdakı binalardan düşəcək pəncərə, elektrik dirəklərindən uzaq durmalısınız.

Sevinc

0