Bu gün tarixin vərəqlərində 10 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün tarixdə bir sıra mühüm hadisələr baş verib.
10 sentyabr bəzi görkəmli şəxsin doğulduğu, bəzilərinin isə vəfat etdiyi gün kimi tarixdə qalıb. Bu gün Belizdə Müqəddəs Georgi Key Günü, Çində isə Müəllim Günüdür. Beləliklə, tarixin 10 sentyabrına nəzər salırıq.
10 sentyabrda baş verənlər:
2013-cü ildə Şəmkirdə “Excelsior Hotel Shamkir” hotelinin açılışı olub. 1756-cı ildə Rusiyada ilk dəfə teatr açılıb. 1846-cı ildə Elias Hou tikiş maşını üçün patent alıb. 1939-cu ildə Kanada Almaniyaya müharibə elan edib.1943-cü ildə Almaniya Romanı işğal edib. 1977-ci ildə Həmidə Candubi Fransada gilyotinlə edam edilən sonuncu şəxs olub.
10 sentyabrda doğulanlar:
1968-ci ildə Milli Qəhrəman, şəhid Fərhad Hümbətov, 1931-ci ildə Xalq artisti, aktyor Mobil Əhmədov və 1943-cü ildə dövlət xadimi Rafiq Feyzullayev doğulub.
Həmçinin, 1659-cu ildə ingilis bəstəkar Henri Pursell, 1866-cı ildə danimarkalı yazıçı Yeppe Okyer, 1887-ci ildə İtaliyanın 3-cü prezidenti Covanni Qronki, 1890-cı ildə avstriyalı yazıçı və dramaturq Frans Verfel, 1892-ci ildə amerikalı alim Artur Kompton, 1894-cü ildə ukraynalı ssenarist Aleksandr Dovjenko, 1897-ci ildə fransız filosof Jorj Batay, 1903-cü ildə yaponiyalı futbolçu Uiçiro Hatta, 1933-cü ildə alman modelyer Karl Lagerfeld, 1955-ci ildə rusiyalı müğənni Larisa Dolina və 1960-cı ildə ingilis aktyor Kolin Fört dünyaya gəlib.
10 sentyabrda vəfat edənlər:
1943-cü ildə İkinci Dünya müharibəsi iştirakçısı, baş leytenant Nəcəf Nərimanov, 2007-ci ildə Milli Məclisin I çağırış deputatı Ramiz Əhmədov və 2015-ci ildə teatr rəssamı Altay Səidov dünyasını dəyişib.
Həmçinin, 1749-cu ildə fransız filosof və riyaziyyatçı Emili dü Şatle, 1862-ci ildə Paraqvayın 1-ci prezidenti Karlos Antonio Lopes, 1931-ci ildə rusiyalı riyaziyyatçı Dmitri Yeqorov, 1976-cı ildə amerikalı ssenarist Dalton Trambo, 1979-cu ildə ukraynalı bəstəkar Stanislav Lyudkeviç, 1983-cü ildə amerikalı və isveçrəli fizik Feliks Blox və 2011-ci ildə amerikalı aktyor Kliff Robertson vəfat edib.
Pərviz


