Naxçıvanda jurnalist və iki qızı dəm qazından zəhərləndi

16:47 / 06.01.2024
469

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

HİT.az xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, şəhər sakinləri - 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və onun övladları - 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı, 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, Ruhiyyə Rəsulova jurnalist kimi fəaliyyət göstərir və Naxçıvan Televiziyasının əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

0