Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir

HADİSƏ
13:29 / 20.11.2026
41

Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.

Bu barədə HİT.az-a Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

Ərazidə vəziyyətin dinamikası izlənilir.

0