Azərbaycanlı oğlan İstanbulda faciəvi şəkildə öldü

13:06 / 07.01.2024
648
İstanbulda Azərbaycan vətəndaşı bədbəxt hadisənin qurbanı olub.

"Qafqazinfo” xəbər verir ki, 16 yaşlı Həmzə Ələddin oğlu Həmzəyev motosiklet qəzasında dünyasını dəyişib.

Belə ki, H.Həmzəyev yaxın qohumuna məxsus motosikleti idarə etmək istəyib. Bu zaman nəqliyyat vasitəsinin sürəti artaraq idarəetmədən çıxıb. 100 metrədək hərəkət edən motosiklet maneyə çırpılıb. Nəticədə o yıxılaraq ağır xəsarət alıb və hadisə yerində ölüb.

Həmzə Həmzəyevin cənazəsi dünən yaxınlarının yaşadığı Naxçıvan MR-in Sədərək qəsəbəsinə gətirilərək dəfn edilib.

0