Qırğızıstan rəhbərliyinə qarşı sui-qəsd hazırlayan azərbaycanlı kriminal dəstdə tutuldu - FOTO/VİDEO

HADİSƏ
14:13 / 23.03.2024
496

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi ölkə rəhbərliyinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 5 nəfərin saxlanıldığını açıqlayıb. 

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Qırğızıstanın milli təhlükəsizlik orqanları transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 Azərbaycan vətəndaşını saxlayıb: V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Behbudov və Z.İ.Məmmədov", deyə idarədən bildirilib.

Sui-qəsdin məqsədinin mütəşəkkil cinayətkar qrup üzvləri tərəfindən "kriminal mühiti gücləndirmək və oğruların ideologiyasını yaymaq, habelə onların statusunu artırmaq" olduğu bildirilir. Qeyd olunur ki, sui-qəsdin hazırlanmasına səbəblərdən biri xarici kriminal liderlərin narazılığına səbəb olan "dövlətin mütəşəkkil cinayətkar qruplara qarşı fəal mübarizə siyasəti" ilə tanış olmaması olub.

Martın 22-də Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib, nəticədə adıçəkilən şəxslərin hamısı tutulub. Hazırda onların Qırğızıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0