İt dişləməsi zamanı necə yardım edilməli?

HADİSƏ
21:36 / 29.03.2024
396

Son vaxtlar paytaxtda it dişləməsi ilə bağlı xəstəxanaya müraciətlərin sayı artıb.

İt insanı, o cümlədən də uşaqları dişləməklə ağır xəsarət yetirə bilər.

Tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, itlərin xüsusilə, sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsi nəticəsində dərinin tamlığı pozulur, yumşaq toxumaların deşilmiş və cırılmış yarası əmələ gəlir:

“İtlərin ağzında çoxlu xəstəlik törədən mikroblar, tetanus xəstəliyi törədiciləri və quduzluq virusları olur. İt dişləyən zaman itin tüpürcəyi ilə birlikdə həmin mikroblar yaraya düşür və ordan da qana keçir. Virus bədənə düşdükdən sonra çoxalmağa başlayır, xüsusilə, sinir hüceyrələrinin zədələnməsi baş verir. İnsanlarda sudan qorxma, işıqdan qorxma əlamətləri olur. Getdikcə beyin pozuntuları və sinir impulslarının pozulması baş verir və insan boğulmadan, qırtlaq bölgəsində qıcolmalardan dünyasını dəyişir. Quduzluq çox ağır xəstəlikdir, heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə olunmasa, 100 faiz hallarda ölümlə nəticələnir”.

Sevinc

0