Şəmkir su anbarında batan şəxsin axtarışları davam edir - VİDEO

HADİSƏ
16:10 / 25.05.2024
398

Məlumat verdiyimiz kimi, Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlu batıb. 

FHN-dən verilən məlumata görə, axtarış işləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilir.

Qeyd edilib ki, hava şəraitinin mürəkkəbliyinə baxmayaraq, axtarış işləri fasiləsiz olaraq davam etdirilir.

0