Astarada qonaq olan Əfqanıstan vətəndaşı öldü

HADİSƏ
14:12 / 26.05.2024
355

Astarada qonaq olan Əfqanıstan vətəndaşı ölüb.

“Report”un məlumatına görə, ölüm hadisəsi rayonun Pəlikeş kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhərində yaşayan Əfqanıstan vətəndaşı, 1956-cı il təvəllüdlü Mohammad Rasul Fahimi Astaranın Pəlikeş kəndində qohumlarının evində qonaq olub.

Ölümün nədən baş verdiyi hələlik məlum deyil. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

0