Gənclərin intihar etməsində kimdi günahkar?

20:18 / 03.06.2024
661

Ali məktəbə hazırlaşan hər bir abituriyentin arzusu qəbul sevinci və tələbə həyatı yaşamaqdır. 

Bəzi şagirdlərin isə bu arzusu yarımçıq qalır...

Bir neçə gün öncə Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilmədiyinə görə intihar edən şagird vəfat edib. 

Qeyd edək ki, bu hadisə hər imtahan ərəfəsində yaşanır. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, gəncləri intihara sövq edən amillərdən biri cəmiyyətin müəyyən basqılarıdır: 

“Gənclər ailə himayəsində olurlar. Yaxud da yeniyetmənin özünün də daxili problemləri və gərginliyi olsun. Həmin gənc də imtahanlarda yetəri qədər bal toplaya bilməyəndə bu kimi hallar psixoloji problemlərə təkan verir. Hər zaman qeyd edirik ki, qəbul imtahanlarında valideynlər övladlarına qarşı çox diqqətli olmalıdırlar. Bu il qəbul olmadısa gələn il qəbul olmaq şansı var.

Valideynlər universitetə qəbul ola bilməyən övladları ilə normal şəkildə doğru istiqamətdə söhbət etməli, lazım olduqda mütəxəssisə müraciət etməlidirlər ki, abituriyentlər gələn il üçün də qəbul imtahanlarında rahat şəkildə iştirak edə bilsinlər. Əgər abituriyent bu il universitetə qəbul ola bilməyibsə, bəlkə də belə məsləhətidir. Məsələyə bir də bu tərəfdən baxmaq lazımdır. Qəbul imtahanlarını keçməmək dünyanın sonu deyil. Növbəti il üçün daha yaxşı hazırlaşıb , yüksək nəticə toplamaq mümkündür. Sadəcə, valideynlər bu istiqamətdə övladlarına kömək etməlidirlər”.

Sevinc

0