Ağdam rayonunda 30 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1996-cı il təvəllüdlü Xəlilova Samirə Bəhruz qızı zəhərlənmə diaqnozu ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata əsasən, qadın qarışqaların məhv edilməsi üçün istifadə olunan dərmandan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.


