“Archico” tikinti şirkətinin işçisi faciəli şəkildə öldü

HADİSƏ
17:43 / 17.09.2024
441

Sumqayıtda “Archico” tikinti şirkətinin işçisi faciəli şəkildə ölüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov qəsəbə ərazisində çalışdığı şirkət tərəfindən həyata keçirilən təmir işləri zamanı beşmərtəbəli binanın dam örtüyündən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, “Archico” MMC-nin bu ilin yanvar ayında daha bir işçisi (1977-ci il təvəllüdlü Nazim Bağırov) Sumqayıt şəhəri ərazisində kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.

0