Qazax sakini minaya düşdü, ayağı amputasiya olundu -YENİLƏNİB

HADİSƏ
12:48 / 14.10.2024
336

Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 14 oktyabr tarixində mina hadisəsi baş verib.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Bildirilib ki, kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra icra edilir.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

12.04

Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olunub.

HİT.az xəvər verir ki, Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal qara otaran zaman minaya düşüb.

Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

0