İsrail İrana qarşı əməliyyatlara niyə qoşulmur? - AÇIQLAMA

DÜNYA
14:05 / 09.09.2026
194

Son günlərdə İranla ABŞ arasındakı gərginlik səngimir.

Tərəflər arasında mütəmadi olaraq hərbi qarşıdurma yaşanır. ABŞ İran ərazilərinə və ya tankerlərinə zərbələr endirir. İran da öz növbəsində ABŞ gəmilərinə və ya hərbi bazalarına raket və ya dron hücumları həyata keçirir.

Lakin bu prosesdə maraqlı bir məqam olduqca diqqət çəkir. Bu da İsrailin son əməliyyatlara daxil olmamasıdır. Son aylarda ABŞ ilə İran gərginliyi pik həddə çatsa da, Tehranla Tel-Əviv arasında hansısa qarşıdurma baş verməyib.

Maraqlıdır, İsrailin İrana qarşı əməliyyatlara qatılmamasına səbəb nədir?

Mövzu ilə bağlı politoloq Pərviz Mirizadə Hit.az-a açıqlama verib.

O hesab edir ki, İsrailin ABŞ-İran gərginliyi fonunda hazırda nümayiş etdirdiyi mövqe Vaşinqtonla razılaşdırılmış bir situasiyadır:


“Bunun bir neçə səbəbi ola bilər. İsrail artan gərginlik fonunda öz təhlükəsizliyini qorumağa çalışır, istifadə etdiyi hərbi ehtiyatını yeniləmək üçün vaxt qazanır, eyni zamanda ABŞ-nin İrana hücumları çərçivəsində İslam ölkəsinin İsrailə zərbə endirməsini gözləməklə özünün əks zərbə strategiyasını legitimləşdirməyi hədəfləyir”.

Ekspert qeyd edib ki, sözügedən gərginlik fonunda istər dünya, istərsə də ABŞ cəmiyyəti daxilində İsrailə qarşı səslər tədricən daha çox eşidilməyə başlayır:
“Bu situasiya Benyamin Netanyahu hökumətinin işini müəyyən qədər çətinləşdirir. Paralel olaraq, yaxın vaxtlarda İsraildə parlament seçkilərinin keçirilməsi sükutu əsaslandıran faktorlardan biridir”.

Elmir Mustafa

0