ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Kubadakı böhranla əlaqəsinin olmadığını bildirib.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb.
"Hamıya xatırlatmaq vacibdir ki, bu, ötən həftə başlamayıb. Artıq üç-dörd ildir, bəlkə də daha uzun müddətdir ki, Kuba humanitar fəlakətlə üzləşir", deyə Rubio qeyd edib.
ABŞ dövlət katibi adada yaranmış humanitar böhrana görə məsuliyyəti yerli hakimiyyət orqanlarının üzərinə qoyub.
Bundan əvvəl Rubio Kuba hakimiyyətini respublika ərazisini Vaşinqtona qarşı çıxan ölkələrin kəşfiyyat xidmətlərinin nümayəndələrinə təqdim etməkdə ittiham etmişdi. Onun sözlərinə görə, ABŞ rəqiblərinin ölkədən 90 mil (təxminən 145 kilometr) məsafədə kəşfiyyat əməkdaşları və ya hərbi bazalar yerləşdirməsinə imkan verə bilməz.
Samir


