Avropa ölkələrinin nümayəndələri Rusiya Prezidenti Vladimir Putin sülh yolu ilə nizamlanmaya səmimi maraq göstərərsə, onunla Ukraynadakı münaqişənin başa çatdırılması barədə danışıqlar aparmağa hazırdırlar.
HİT.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Bild" qəzetinə müsahibəsində bildirib.
Vadeful qeyd edib ki, Berlin gərginliyin azaldılmasına yönəlmiş bütün təşəbbüsləri, o cümlədən Qara dəniz akvatoriyasında atəşkəsin tətbiqi ilə bağlı təklifləri dəstəkləyir. Onun fikrincə, bu, enerji infrastrukturunun obyektlərinə zərbələrin qadağan edilməsinin əsasını yarada bilər.
Ukrayna məsələsinin nizamlanması üzrə danışıqlarda əsas vasitəçi ABŞ çıxış edir. Vaşinqton isə hesab edir ki, ABŞ-ın Avropadakı tərəfdaşları danışıqlar prosesində iştirak etmək istəmirlər. Kreml də daha əvvəl bildirmişdi ki, Aİ Ukraynanı dəstəklədiyinə görə belə təmaslarda vasitəçi ola bilməz.
Samir


