Ağır çəkidə eks dünya çempionları - Şennon Briqqs və Mayk Tayson nümayiş xarakterli döyüşdə üz-üzə gələcəklər.
Fanat.Az "Fightnews"a istinadən xəbər verir ki, Briqqs bu barədə məlumatı təsdiqləyib:
"İndicə Mayk Taysonla danışmışam. Döyüş baş tutacaq. Artıq hər şey rəsmidi.
Cəngəllikdə əsl gurultu necə olur, görəcəksiniz. Yumruqlarımız danışacaq".
Qeyd edək ki, 1974-cü ildə Kinşasada keçirilən Məhəmməd Əli - Corc Forman döyüşü "Cəngəllikdə gurultu" adlanır.
Fanat.az