İDMAN
19:36 / 11.06.2021
123

Futbol Kafe sahibləri çətin durumda - yumşalmaya ümid edirlər

Bu gün start götürəcək AVRO-2020-nin ilk günüdəcə azərbaycanlı futbolsevərlərin ürəyi Romada döyünəcək.

Təbii, İtaliya - Türkiyə matçı bizlər üçün özəl duyğulara qanad verən, xüsusi görüşdür. Əsl futbol azarkeşlərinin böyüq qismi belə vacib oyunları evdə deyil, yaxınlıqdakı Futbol Kafelərdə izləməyi üstün tutur.

Maraqlıdır ki, Bakı vaxtı ilə 23:00-da start götürəcək görüşün həyəcanını sözügedən iaşə obyektlərində yaşamağı arzulayanlar istəyinə çatmayacaq. Matçın ikinci yarısı 00:00-dan sonrakı saata düşdüyündən məkan sahibləri obyekti bağlamaq məcburiyyətində qalacaq.

Fanat.Az şəhərin üç müxtəlif ərazisində fəaliyyət göstərən Futbol Kafe sahibləriylə söhbətləşib. Məlum səbəbdən adlarının açıqlanmasını istəməyən kiçik sahibkarlar çətin vəziyyətə düşdüklərini bildiriblər. Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əsasən pandemiya dönəmində saat 00:00-a qədər müştəri qəbul etmək ixtiyarı olan obyekt sahibləri azarkeşlərə "yox" deyəcəklərinə görə üzüldüklərini vurğulayıblar. 

Operativ Qərargahdan güzəşt uman sahibkarlar yumşalmaya ümid etdiklərini söyləyiblər.

0