Çin avtomobillərinə tələbat azalacaq?

AVTO
16:26 / 17.11.2026
39

Son illər dünyada Çin avtomobillərinə maraq xeyli artıb. 

Bu tendensiya Azərbaycanda da özünü göstərib və avtomobil bazarında Çin istehsalı olan nəqliyyat vasitələrinin sayı getdikcə çoxalıb. Xüsusilə hibrid mühərriklər, müasir texnologiyalar, zəngin funksiyalar və nisbətən əlçatan qiymətlər alıcıların bu avtomobillərə marağını artırıb. Lakin son dövrlər dünya bazarında Çin avtomobillərinə tələbatın azalması ilə bağlı göstəricilər diqqət çəkir. 

Maraqlıdır, bu tendensiya Azərbaycanda da müşahidə oluna bilərmi? Yerli alıcılar Çin avtomobillərinə marağını itirə bilərmi və yaxın gələcəkdə bu avtomobillərə tələbatda azalma gözlənilirmi?

Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, dünya avtomobil bazarında Çin istehsalı olan avtomobillərə tələbatın azalması fonunda rəqabət daha da güclənir: 

416130

“Çin istehsalçıları Avropa, Amerika və Asiya bazarlarında mövqelərini qorumağa çalışırlar. Lakin avtomobillərə marağın azalmasına texniki xüsusiyyətlər, istismar şəraiti və istehlakçı gözləntiləri kimi amillər də təsir göstərə bilər.

Bu tendensiyanın Azərbaycanda da müşahidə olunması mümkündür. Belə ki, Çin avtomobillərinə ilkin marağın artmasında hibrid mühərriklər, müasir funksiyalar və nisbətən münasib qiymətlər mühüm rol oynasa da, zaman keçdikcə alıcılar avtomobillərin keyfiyyətinə, etibarlılığına, ehtiyat hissələrinin əlçatanlığına və texniki xidmət xərclərinə daha çox diqqət yetirirlər”.

Ekspert onu da əlavə edib ki, avtomobil bazarında qiymətlərin formalaşmasına gömrük rüsumları, vergilər və logistika xərcləri də təsir edir: “Buna görə də dünya bazarında Çin avtomobillərinə tələbatın azalmasının Azərbaycana necə təsir edəcəyi yerli alıcıların seçimindən və bazardakı rəqabət şəraitindən asılı olacaq. Nəticədə Çin avtomobillərinə əvvəlki marağın qorunub-qorunmayacağı yaxın dövrdə bazarın əsas müzakirə mövzularından birinə çevrilə bilər”.

Sevinc

0