Meyvə-tərəvəzin qiyməti artacaq?

İQTİSADİYYAT
12:40 / 18.11.2026
137

Azərbaycanda kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə bağlı yeni vergi qaydalarının tətbiqi gündəmə gəlib. 

Təklif olunan dəyişikliyə əsasən, fermerlərdən kənd təsərrüfatı məhsulları alan zaman satıcının elektron qeydiyyat sistemindəki statusu nəzərə alınacaq. Belə ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olmayan şəxslərdən məhsul alındıqda ödənilən məbləğdən 2 faiz verginin tutulması nəzərdə tutulur. 

Bəs meyvə satanlardan 2 faiz vergi tutulması qiymətlərə təsir edəcəkmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, meyvə satanlardan 2 faiz verginin tutulması müəyyən dərəcədə qiymətlərə təsir edə bilər:

416215

“Çünki satıcılar vergi yükünü öz xərclərinə əlavə edərək bunu məhsulun satış qiymətində əks etdirməyə çalışacaqlar. Xüsusilə mənfəət marjası aşağı olan kiçik satıcılar üçün bu, əlavə xərc deməkdir. Ancaq qiymət artımının miqyası verginin necə tətbiq olunmasından və bazardakı rəqabətdən asılı olacaq”.

Ekspert hesab edir ki, EKTİS-də qeydiyyatda olan fermerlərdən məhsul alan zaman bu verginin tutulmaması satıcıları elektron qeydiyyata təşviq edə bilər:

“2 faizlik verginin özü böyük bahalaşma yaratmasa da, bəzi məhsulların qiymətində müəyyən artıma səbəb olma ehtimalı var. Burada əsas məsələ vergi yükünün istehlakçının üzərinə ötürülməsinin qarşısını almaq və bazarda süni qiymət artımına imkan verməməkdir”.

Sevinc

0