Türkiyənin oyununa nə qədər bilet satılıb?

İDMAN
16:40 / 14.06.2021
2009

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə - Uels matçına 25 mindən çox bilet satılıb.

Bu barədə HİT.Az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, bilet satışı hələ davam edir. 

Qeyd edək ki, Türkiyə - Uels matçı iyunun 16-da saat 20:00-da başlayacaq. 

0