Daha bir idmançımız ermənini yıxıb sürüdü

22:16 / 30.06.2021
2000

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Unikal.org xəbər verir ki, çempionatda 61 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən K.Heybətov finala vəsiqə qazanıb.

İyunun 30-da keçirilən həlledici və prinsipial görüşdə Ermənistan idmançısıyla qarşılaşan K.Heybətov əsl əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və Avropa çempionu olub.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) da Avropa çempionatında qızıl medal qazanıb.

 

0