Çempionlar Liqası: \"Neftçi\"nin potensial rəqibi müəyyənləşdi

14:17 / 19.07.2021
1634

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

HİT.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi müəyyənləşib.

"Ağ-qaralar" II raundda Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" ilk matçını evdə oynayacaq.

III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda olacaq.

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

0