Bu gün tarixin vərəqlərində 18 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 18 noyabr bir sıra şəxsin doğum və ya vəfat günü xatırlanır. Onu da qeyd edək ki, bu gün Haitidə Vertye Döyüşü Günü, Mərakeşdə Müstəqillik Günü, Omanda isə Milli Gün kimi qeyd olunur. Beləliklə, tarixin 18 noyabrına nəzər salırıq.
18 noyabrda baş verənlər:
1992-ci ildə Azərbaycan və Gürcüstan arasında, 1993-cü ildə isə Azərbaycan və Zambiya arasında diplomatik əlaqələr qurulub. Həmçinin 1883-cü ildə ABŞ və Kanada dəmir yolları yerli vaxt çaşqınlığına son qoyaraq beş standart kontinental saat qurşağı təsis edib. 1963-cü ildə ilk düyməli telefon istifadəyə verilib. 2020-ci ildə isə Samoada ilk dəfə COVID-19 infeksiyası qeydə alınıb.
18 noyabrda doğulanlar:
1910-cu ildə dövlət xadimi Süleyman Vəzirov dünyaya gəlib.
Həmçinin, 1647-ci ildə fransız filosofu Pyer Beyl, 1810-cu ildə amerikalı botanik Eysa Qrey, 1830-cu ildə alman filosof Adam Veishaupt, 1882-ci ildə fransız filosof Jak Mariten, 1927-ci ildə rus kinorejissor Eldar Ryazanov, 1939-cu ildə kanadalı şairə və yazıçı Marqaret Etvud, 1951-ci ildə gürcü futbolçu və baş məşqçi David Kipiani, 1953-cü ildə ingilis yazıçısı Alan Mur doğulub.
18 noyabrda vəfat edənlər:
1965-ci ildə dövlət xadimi Teymur Quliyev, 1990-cı ildə aktyor Əfrasiyab Məmmədov, 2000-ci ildə Xalq artisti, bəstəkar Emin Sabitoğlu, 2020-ci ildə isə nasir Əli İldırımoğlu dünyasını dəyişib.
Həmçinin, 1482-ci ildə Osmanlı sədrəzəmi Gədik Əhməd Paşa, 1922-ci ildə fransız yazıçı Marsel Prust, 1962-ci ildə danimarkalı fizik Nils Bor, 1969-cu ildə amerikalı iş adamı Cozef Patrik Kennedi, 2002-ci ildə amerikalı aktyoru Ceyms Kobörn və 2015-ci ildə rusiyalı həkim-infeksionist Aza Rəhmanova vəfat edib.
Pərviz


