"Fənərbağça" Bakıya gələ bilər

İDMAN
15:39 / 02.08.2021
1412

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

HİT.az-ın məlumatına görə, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan "Neftçi"nin də potensial rəqibi bəlli olub.

"Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Flaqman ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da baş tutacaq.

0