Pərviz Nəsibova Ukraynada avtomobil bağışlandı - FOTOLAR

İDMAN
14:47 / 07.08.2021
1558

Ukraynanın yunan-Roma güləşi üzrə millisinin Azərbaycan əsilli idmançısı Pərviz Nəsibova avtomobil hədiyyə olunub.

Ona Kiyevdə “Volkswagen” markalı avtomobil verilib.

Pərviz Nəsibovun Oxu.Az-a açıqlamasına görə, bunu hansısa azərbaycanlı yox, ukraynalı tanışlarından biri edib.

Qeyd edək ki, Pərviz Nəsibov Tokio Olimpiadasında 67 kq çəki dərəcəsində gümüş medal qazanıb.

0