Tokio-2020: Hacı Əliyev gümüş, Mariya Stadnik bürünc medal qazandı - YENİLƏNİB
İDMAN
16:18 / 07.08.2021
1342
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
 
HİT.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı monqolustanlı Namuuntsetseq Tsoqt Oçir ilə üz-üzə gəlib.
 
Rəqibinə qalib gələn Stadnik ikinci dəfə olimpiadalarda bürünc medal qazanıb.
 
15.11
 
Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci gümüş medalını qazanıb.
 
HİT.az-ın məlumatına görə, sərbəst güləşçimiz Hacı Əliyev olimpiya ikinciliyinə layiq görülüb.
 
65 kq çəki dərəcəsində dünən ardıcıl 3 qələbə ilə finala yüksələn 30 yaşlı pəhləvanımız həlledici görüşdə yaponiyalı Takuto Otoquroya 4:5 hesabı ilə məğlub olub. Bununla dünya və Avropa çempionumuz gümüş mükafat qazanıb.
 
Bu, Azərbaycan yığmasının Tokio-2020-də altıncı medalı olub. Hacıya qədər karateçi Rafael Ağayev (75 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, karateçi İrina Zaretska (+61 kq) isə yarımfinala yüksəlməklə medalı təmin edib.
 
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov isə bürünc medal uğrunda görüşə çıxıb. 97 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Reyneris Salas Pereslə üz-üzə gəlib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Son xal prinsipinə əsasən rəqibinə məğlub olan Şərifov olimpiadada 5-ci olub.
2