Azərbaycanlı hakim Ermənistan millisinin oyununu idarə edəcək?

İDMAN
11:19 / 11.08.2021
1706

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.

Hit.Az  xəbər verir ki, o, qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunun oyunlarında iştirak edəcək.

Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina və Ermənistan milli komandaları mübarizə aparacaq.

Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.

0