\"Neftçi\"nin futbolçusu koronavirusa yoluxdu

20:03 / 11.08.2021
1529

"Neftçi"nin futbolçusu Huqo Basto koronavirusa yoluxub.

"Report"un Helsinkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

O, 28 yaşlı müdafiəçinin testinin 8 gün əvvəl müsbət çıxdığını bildirib.

Abasov Bastonun həmin vaxtdan sonra təcrid edildiyini sözlərinə əlavə edib.

0