Azərbaycan bayraqları Helsinkidəki stadiona buraxılmadı

20:13 / 12.08.2021
1831

Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK – “Neftçi” oyunununa Azərbaycan bayrağı buraxılmayıb.

Oxu.Az-ın xəbərinə görə, oyunun keçiriləcəyi “Bolt Arena”nın əməkdaşları bunun UEFA-nın tələbi olduğunu bildirib.

Xatırladaq ki, görüşü 40-a yaxın Helsinki və yaxın ətrafdakı şəhərlərdən gəlmiş azərbaycanlı azarkeşlər də izləyəcək. 

Qeyd edək ki, bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

1