Tokio-2020: Azərbaycan 9-cu qızıl medalını qazandı - YENİLƏNİB

İDMAN
13:44 / 29.08.2021
2250

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

HİT.az xəbər verir ki, qadın paracüdoçu Dürsədəf Kərimova çempionluq sevinci yaşayıb.

+70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Qazaxıstan idmançısı Zarina Baybatina ilə qarşılaşıb. Qələbə qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Neftçi İdman Klubu"nun yetirməsi olan Dursədəf 1/4 finalda Ukrayna idmançısı Anastasiya Harnik, yarımfinalda Braziliya təmsilçisi Meq Emmerikə qalib gəlib.

Bununla da Azərbaycan yığması Tokioda 12-ci medalını qazanıb. Komandamızın hesabında 9 qızıl və 3 bürünc mükafat var.

12.12

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir medal qazanıb.

HİT.az xəbər verir ki, paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev Paralimpiadada 3-cü yeri tutub.

Buna həmyerlimizin rəqibi olan Şirin Şaripovun (Özbəkistan) bürünc medal uğrunda görüşə çıxmayacağı səbəb olub. Nəticədə Azərbaycan yığması Tokioda 11-ci medalını qazanıb. Komandamızın hesabında 8 qızıl, 3 bürünc mükafat var.

Bu, Zəkiyevin karyerasında 4-cü Paralimpiada medalı olub. Millimizin lideri Afina-2004 və Pekin-2008-də qızıl, London-2012 və Tokio-2020-də bürünc mükafat qazanıb.

10.21

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.

HİT.az xəbər verir ki, bu gün səhər azərbaycanlı atlet Elvin Astanov nüvə itələmə idman növündə həm qızıl medal qazanıb, həm də 8,77 metr nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib.

Bu, azərbaycanlı idmançıların Tokio-2020 Yay Paralimpiya Oyunlarda müəyyənləşdirdiyi ikinci rekorddur.

E. Astanovun qələbəsi ilə komanda hesabında Azərbaycanın qazandığı qızıl medalların sayı 8-ə çatıb, medal sayına görə isə ölkəmiz 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, dünən nizə atmada Həmid Heydəri yeddinci qızıl medalı qazanıb. O, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna da imza atıb.

0