Prezident “Tokio-2020”-də növbəti medallar qazanan paralimpiyaçıları təbrik  etdi - FOTO

İDMAN
19:29 / 31.08.2021
1698

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançımızı təbrik edib.

O bu barədə “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“İkinci dəfə qızıl medalı ilə bizi sevindirən Raman Salehi, gümüş medal qazanmış Lamiyə Vəliyevanı və bürünc medal mükafatçısı Səid Nəcəfzadəni ürəkdən təbrik edirəm!”

0