Lənkəranda şəhid Rövşən Ağayevin xatirə turniri keçirildi (FOTO) 

İDMAN
21:53 / 01.09.2021
895

Lənkəranda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Rövşən Mirzərza oğlu Ağayevin xatirəsinə həsr olunmuş futbol üzrə açıq rayon turniri keçirilib.

Hit.az xəbər verir ki, Cənub Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə müxtəlif kənd komandaları iştirak edib və qaliblərə mükafatlar və xatirə hədiyyələri verilib.

0