Olimpiya mükafatçımızın Bakıya gəlməməsinin səbəbi bilindi

İDMAN
14:05 / 29.10.2021
816

Tokio Olimpiadasının bürünc mükafatçısı İrina Kindzerskayanın 5-7 noyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə”də iştirak etməməsinin səbəbi bilinib.

Bu barədə Oxu.Az-a İrinanın Ukraynada yaşayan əri Həmid Əliyev deyib.

O bildirib ki, İrinanın dizində zədə var və hazırda müalicə olunur. O, noyabrın 27-də Rusiyanın Ufa şəhərində keçiriləcək qarışıq (kişi və qadın) komandalar arasında Avropa çempionatında mübarizə aparmağı planlaşdırır.

Qeyd edək ki, ən ağır çəkidə – +78 kiloqramda çıxış edən İrina Kindzerskaya 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionu olub. O, bu il Tokio Olimpiadasında medal qazanan yeganə cüdoçumuzdur.

0