Hacinin oğlu məşhur kluba transfer olunur

00:02 / 30.11.2021
1504

Rumıniya futbolunun canlı əfsanəsi George Hacinin oğlu Yanis Haci "Roma"ya keçə bilər.

Offsideplus.az xəbər verir ki, Şotlandiyanın "Reyncers" klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçini yeni mövsümdən "canavarlar"ın heyətində görə bilərik.

Yanisin klubu ilə hazırkı müqaviləsi 2024-də başa çatır.

Xatırladaq ki, adı çəkilən oyunçu 2020-ci ilin yanvarından Qlazqo təmsilçisində top qovur.

0