"Uçan eşşəklər", "qoyunlar", "xoruz döyüşü" - Ən maraqlı klub ləqəbləri

İDMAN
00:20 / 30.11.2021
1105

Hər bir futbol klubunun özünəməxsus ləqəb var.

Fanat.Az ən qəribə təxəllüsə sahib klublar haqda maraqlı araşdırma aparıb.

Futbolun vətəni olan Britaniyada klublara verilən ləqəblər vacib amildir. Məsələn ilk 3 divizionun hər bir klubunun özüməxsus təxəllüsü var. 

Hazırda Çempionşipdə çıxış edən "Derbi Kaunti" klubunun ləqəbi "qoyunlar"dır. Komandanın loqosunda da qoyun şəkli əks olunub. 

İngiltərənin 3-cü divizionunda çıxış edən "Uimbldon"un futbolçularını isə "ağıllılar" deyə çağırırlar. 

Bir çox futbol azarkeşinə məlum deyil ki, tanınmış "Liverpul" klubunun ləqəblərindən biri də "the pelicans", yəni "hacıleyləklər"dir.

"Tottenhem" klubunun da maraqlı ləqəbi var - "xoruzlar".

"Xoruzlar" olaraq həm də İtaliyanın "Bari" klubunun futbolçularını çağırırlar. 

İtaliyanın "Kyevo" klubuna "uçan eşşəklər" deyirlər.

İsveçrənin "Qrashopper" klubunun həm də "çəyirtkələr" kimi tanınır.

Rusiyanın "Krılya Sovetov" klubunu "siçovullar" adlandırırlar.

"Donuzlar" isə Braziliyanın "Palmeyras" klubunun ləqəbidir.

"Derbi Kaunti" və "Kyevo" klubları üz-üzə gələrsə, "qoyunlar" və "uçan eşşəklər"in qarşılaşması adlanacaq. "Tottenhem" və "Bari" klublarının qarşılaşmasına "xoruz döyüşü" deyiləcək.

0