İDMAN
23:14 / 01.12.2021
207

"Neftçi" Samir Abasova yerli əvəzləyici tapdı - SON DURUM

"Neftçi" rəhbərliyi Müşahidə Şurasının son toplantısında baş məşqçi Samir Abasova dəstək nümayiş etdirsə də, uğursuz yay transferləri ilə ümidləri doğrultmayan çalışdırıcının yerinə mümkün namizədlər gözdən keçirilir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klub prezidenti Kamran Quliyev digər rəsmilərlə birlikdə parlaq gələcək vəd etməyən Abasovu başqa yerli çalışdırıcı ilə əvəzləmək perspektivini müzakirə edib.

Hazırda klubun əvəzedicilərin baş məşqçisi olan Mahmud Qurbanovun əsas komandanın "sükanı arxası"na gətirilməsi isə ən aktual variantdır. Klub idarəçilərinin böyük qismi "dubl"da gördüyü ciddi işlərlə bacarığını ortaya qoyan Qurbanovun bu işin öhdəsindən lazımınca gələ biləcəyini düşünür. Belə ki, "professor" ləqəbli sabiq yarımmüdafiəçi həm işə məsuliyyətli yanaşması, həm qazandığı çempionluq, həm də ikinci komandada yaratdığı intizamla klub bosslarının ürəyinə yol tapıb.

1