Türkiyə nəhəngi "Qalatasaray" növbəti səs-küylü transferinə hazırlaşır.
HİT.az xəbər verir ki, İstanbul klubu "Trabzonspor"un sabiq futbolçusu Yusuf Yazıcı ilə maraqlanır.
"Cim-bom" Yusuf və oynadığı Fransanın "Lil" komandası ilə görüşüb, müəyyən məsafə qət edib. Üstəlik, bu transferin reallaşması üçün "Trabzonspor"un da icazəsi olmalıdır. Belə ki, Trabzon klubu ilə "Lil" arasında imzalanan müqaviləyə əsasən, Yusuf Türkiyədən bir kluba transfer olunarsa, Qaradəniz təmsilçisinə 20 milyon avro təzminat ödənilməlidir.
Türkiyə mediasında yer alan xəbərlərə əsasən, "sarı-qırmızılılar" ilə Qaradəniz təmsilçi arasında görüş keçiriləcək. "Cim-Bom"un bu rəqəmi aşağı çəkməyə çalışdığı iddia olunur. Lakin türk futbolçunun "Lil" ilə müqaviləsi gələn il başa çatdıqdan sonra istədiyi komandaya heç bir təzminat ödənilmədən transfer ola biləcək.
Qeyd edək ki, Yusuf Yazıcı "Lil"də meydana çıxdığı 99 matçda 18 qol atıb, 11 məhsuldar ötürmə edib. O, Fransa klubunda çempionluq sevinci də yaşayıb.
Pərviz