Ramil Şeydayev yenə adından söz etdirməyi bacardı

İDMAN
18:48 / 15.09.2023
517

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda məhsuldar ötürmələr verib.

HİT.az-ın məlumatına görə, 27 yaşlı hücumçu "Trat"a qarşı keçirdikləri çempionatın IV tur oyununda birinci və dördüncü qolun vurulmasında yaxından iştirak edib.

Matça start heyətdə başlayan Şeydayev 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

0