Həkimlər bitki mənşəli dərmanlarla özbaşına müalicənin təhlükələri barədə xəbərdarlıq etdi

SAĞLAMLIQ
14:14 / 03.11.2026
56

Bitki mənşəli preparatların təbii olması onların tam təhlükəsiz olduğu anlamına gəlmir. Həkimlər xəbərdarlıq edirlər ki, dərman bitkilərindən hazırlanan dəmləmələrin və digər vasitələrin həkim məsləhəti olmadan, xüsusilə də normadan artıq istifadəsi sağlamlıq üçün ciddi fəsadlara səbəb ola bilər.

HİT.az xəbər verir ki, bu barədə TASS farmakologiya və müalicəvi qidalanma üzrə mütəxəssislərin açıqlamalarına istinadən yazıb.

Piroqov Universitetinin Farmakologiya kafedrasının baş müəllimi, tibb elmləri namizədi Andrey Kondraxin bildirib ki, dərman bitkiləri, sarımsaq və müxtəlif tinkturalar da daxil olmaqla, təbii vasitələrdən istifadə zamanı doza qaydalarına ciddi əməl edilməlidir. Onun sözlərinə görə, bu vasitələrin normadan artıq qəbulu orqanizm üçün təhlükəli ola bilər.

Qidalanma və Biotexnologiya Federal Elmi Mərkəzinin Müalicəvi Qidalanma Klinikasının konsultativ şöbəsinin müdiri Oleq Qladışev isə fitoterapiyanın bitki mənşəli bioloji aktiv maddələrin istifadəsinə əsaslandığını qeyd edib.

Mütəxəssis vurğulayıb ki, belə vasitələr kompleks müalicənin tərkib hissəsi kimi istifadə oluna bilər. Lakin onların qəbulu mütləq həkim təyinatı əsasında həyata keçirilməlidir.

Həkimlərin fikrincə, bitki mənşəli preparatlarla özbaşına müalicə digər dərman vasitələrindən nəzarətsiz istifadə qədər ciddi təhlükə yarada bilər.

Samir

0