"Zirə" Türkiyə klubuna qarşı

İDMAN
11:40 / 30.06.2026
40

“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.

Hit.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli “Iğdır”la üz-üzə gələcək. Görüş 18:00-da başlayacaq.

Qeyd edək ki, “Zirə” Boludakı ilk matçında Özbəkistan “Navbahor”una 1:3 hesabı ilə uduzub.

0