UEFA Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın İslandiya təmsilçisi "Vestri"yə qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları bəlli olub.
Hit.az xəbər verir ki, Bakıdakı qarşılaşma moldovalı FIFA referisi Roman Jitariyə tapşırılıb.
Ona laynsman qismində həmyerliləri Vlad Lifçu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək. VAR-a isveçrəli Luka Cibelli, AVAR-a Anoen Kanaqasinqam nəzarət edəcək.
İslandiyadakı dueldə isə ədaləti çexiyalı FIFA referisi Marek Radina qoruyacaq. Yan xətt hakimləri Kamil Hayeklə Petr Kotalik, dördüncü hakim Daniel Vokoundur. VAR hakimi Tomaş Koçurek, AVAR hakimi Andrey Berka olacaq.
Xatırladaq ki, Bakıdakı oyun iyulun 9-da, saat 20:00-da, səfər qarşılaşması isə iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


