"Neftçi" Serbiya klubuna qarşı

İDMAN
13:30 / 06.07.2026
109

"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

Hit.az xəbər verir ki, Yuri Vernidubun komandası Serbiya "Partizan"ı ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, paytaxt təmsilçisi ilk yoxlama oyununda Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub.

0