Müqavilə ilə Cənubi Afrika Respublikasının (CAR) "Stellenboş" klubuna məxsus olan cinah müdafiəçisi Turan Manafovun yeni mövsümə harada başlayacağı hələ dəqiqləşməyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən "futbol ili"nin ikinci yarısını icarə əsasında "Qəbələ"də keçirən arxa xətt oyunçusu ilə "Kəpəz" və "Sumqayıt" maraqlanır.
Lakin bu klubların Manafovla şərtlərlə bağlı razılığa gəlmək ehtimalı o qədər də yüksək deyil. Sözügedən oyunçu hazırda Azərbaycanda olsa da, onun CAR təmsilçisinin düşərgəsinə yollanacağı gözlənilir.


