"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.
Hit.az-ın məıumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.
Masazırdakı "Bank Respublika Arena"dakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.
Oyunun əlavə vaxtında Stiv Solve qırmızı vərəqə alaraq "Sabah"ı azlıqda qoyub.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
7 iyul
Sabah (Azərbaycan) - TNS (Uels) 2:0
Qollar: Velko Simiç, 66. Kahim Perris, 84.
Qırmızı vərəqə: Stiv Solve, 90+2 (Sabah)


