"Zirə" ilə yollarını ayıran Eldar Quliyevin karyerasındakı növbəti dayanacağı bəlli olub.
HİT.az xəbər verir ki, fəaliyyətini qonşu Gürcüstanda davam etdirəcək.
Bacarıqlı futbolçu Gürcüstanın "İberiya 1999" klubu ilə rəsmi olaraq razılığa gəlib. Futbolçu yeni komandasına azad agent statusunda qoşulub.
Xatırladaq ki, son üç ili "qartallar"ın heyətində keçirən Eldar komandası ilə birlikdə bütün turnirlərdə meydana çıxdığı 94 oyunda 2 qol vurub və 6 assistlə yadda qalıb.
Futbolçu bir müddət Azərbaycanın U-16 milli komandasının da şərəfini qoruyub.


