“Zirə”dən ilk oyunda böyükhesablı qələbə

İDMAN
21:56 / 08.07.2026
62

"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.

Hit.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandasını qəbul edib.

Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

32-ci dəqiqədə Ruan Renato hesabı açıb. 48-ci dəqiqədə David Volkov fərqi iki topa çatdırıb. 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Renato dubl müəllifi olub.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçəriləcək.

0