Azərbaycan səfirliyi "Seltik"in transferini qabaqladı – Duranla bağlı diqqətçəkən paylaşım

İDMAN
13:48 / 10.07.2026
158

"Qarabağ"ın sabiq hücumçusu Kamilo Duranın "Seltik"ə transferi ilə bağlı maraqlı detal ortaya çıxıb.

Hit.az xəbər verir ki, Şotlandiyanın "The Scottish Sun" nəşrinin yaydığı məlumata görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi sosial şəbəkə hesabında kolumbiyalı futbolçunun Qlazqo klubuna keçidi münasibətilə paylaşım edib.

Mənbənin yazdığına əsasən, səfirlik paylaşımında "Qarabağ"ı və futbolçunu təbrik edib, bu keçidin Azərbaycan ilə Şotlandiya arasında idman əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib. Diqqətçəkən məqam isə "Seltik"in həmin vaxt transferi hələ rəsmi şəkildə açıqlamaması olub.

Nahid Əli

0